Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Baş Mühasib Axtarırsınız? Seçimi HR Deyil, Maliyyə Peşəkarları Etməlidir

  • 30 may 2026
  • 51
Baş Mühasib Axtarırsınız? Seçimi HR Deyil, Maliyyə Peşəkarları Etməlidir

Bugünkü Biznesdə Doğru Maliyyə İdarəçiliyi Haradan Başlayır?

Müasir biznes mühitində düzgün maliyyə idarəçiliyi şirkətin davamlılığı və gələcəyi üçün həlledici rol oynayır. Bu idarəçiliyin əsas dayaqlarından biri isə baş mühasibdir. Təəssüf ki, bir çox şirkətdə bu strateji vəzifə üzrə işə qəbul prosesi yanlış yanaşma ilə — yalnız HR mütəxəssislərinə həvalə olunur.

HR Yaxşıdır, Amma Yetərli Deyil

HR mütəxəssisləri kadr seçimi və insan davranışlarını qiymətləndirmək sahəsində peşəkardır. Lakin baş mühasib vəzifəsi təkcə uyğunluq və ünsiyyət bacarığı deyil, dərin maliyyə, vergi və audit bilikləri tələb edir.

Maliyyə sahəsində ixtisası olmayan HR mütəxəssisi aşağıdakı vacib məqamları obyektiv qiymətləndirməkdə çətinlik çəkir:

  • Namizədin vergi qanunvericiliyini praktik səviyyədə bilməsini

  • Vergi yoxlamaları zamanı real davranış və təcrübəsini

  • Maliyyə hesabatlarının düzgünlüyünü və daxili nəzarət bacarığını

  • Riskləri öncədən görmə və idarəetmə qabiliyyətini

Sadə desək, sağlamlığınızla bağlı ciddi məsələ yarananda həkimə müraciət edirsiniz. Elə isə şirkətin “maliyyə ürəyini” niyə bu sahəni dərindən bilməyən birinə etibar edəsiniz?

Qlobal Təcrübə Nə Deyir?

ABŞ, Böyük Britaniya, Almaniya və digər inkişaf etmiş ölkələrdə baş mühasib və maliyyə direktoru kimi yüksək məsuliyyətli vəzifələr üzrə seçim prosesinə əsasən:

  • audit və konsaltinq şirkətləri,

  • maliyyə və vergi üzrə ixtisaslaşmış mütəxəssislər,

  • sahəyə yönəlmiş peşəkar HR agentlikləri

rəhbərlik edir. Çünki bu ölkələrdə hamı bilir: maliyyədə edilən səhvlərin bədəli ağır olur.

Yanlış Seçimin Fəsadları

Səhv baş mühasib seçimi şirkəti ciddi risklərlə üz-üzə qoya bilər:

  • Vergi orqanları ilə problemlər və maliyyə cərimələri

  • Bank əməliyyatlarında gecikmələr və uyğunsuzluqlar

  • Etibarsız maliyyə hesabatları səbəbilə reputasiya itkisi

  • Audit yoxlamalarında aşkarlanan pozuntular və hüquqi məsuliyyət

  • Daxili nəzarət mexanizmlərinin zəifləməsi

Bu risklərin qarşısını almağın ən effektiv yolu seçimi peşəkarlara həvalə etməkdir.

NFS Audit Consulting – Doğru Seçim üçün Doğru Tərəfdaş

Əgər siz peşəkar, etibarlı və real təcrübəyə malik baş mühasib axtarırsınızsa, bu prosesi NFS Audit Consulting-ə etibar edə bilərsiniz.

Biz necə işləyirik?

  • Namizədləri real praktiki tapşırıqlarla test edirik

  • İş təcrübəsini və faktiki bilik səviyyəsini yoxlayırıq

  • Vergi, hesabatlılıq və audit biliklərini qiymətləndiririk

  • Yalnız tam əmin olduğumuz namizədləri sizə tövsiyə edirik

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651