Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Fəaliyyət sahənizdən asılı olmayaraq, Azərbaycanda viza prosesində etibarlı və peşəkar dəstək.

  • 30 may 2026
  • 41
Fəaliyyət sahənizdən asılı olmayaraq, Azərbaycanda viza prosesində etibarlı və peşəkar dəstək.

Azərbaycan beynəlxalq miqyasda inkişaf edən iqtisadiyyatı və artan turizm potensialı ilə əcnəbilərin diqqət mərkəzindədir. Bu səbəbdən həm turistlər, həm də biznes nümayəndələri ölkəmizə səfər etmək üçün viza müraciətləri edir və proses zamanı peşəkar dəstəyə ehtiyac duyurlar. Viza xidmətləri göstərən şirkətlərə tələbat da məhz buna görə ildən-ilə artır.

NFS Audit Consulting olaraq biz, viza müraciəti prosesində sizə peşəkar, etibarlı və şəffaf dəstək təqdim edirik.

Viza nədir?

Viza — ölkəyə viza tələbi olan qaydada gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəyə daxil olmaq, vizada göstərilən müddət ərzində müvəqqəti qalmaq və həmin müddət çərçivəsində ölkədən çıxmaq hüququ verən rəsmi sənəddir.

Vizanın kateqoriyaları

Vizalar üç əsas kateqoriyaya bölünür:

  • Diplomatik viza

  • Xidməti viza

  • Adi viza

Vizanın növləri

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün giriştranzit vizaları aşağıdakı qaydada rəsmiləşdirilir:

Giriş vizası
Giriş vizasının etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən edilir.

  • Birdəfəlik (adi) giriş vizası – müəyyən edilmiş müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxış hüququ verir.

  • Çoxdəfəlik giriş vizası – etibarlılıq müddəti 2 ilədək müəyyən olunur və bu müddət ərzində ölkəyə dəfələrlə giriş-çıxış imkanı yaradır.

Qeyd edək ki, vizada göstərilən ölkədə qalma müddəti vizanın etibarlılıq dövrü ərzində istifadə edilməlidir. İstifadə olunmayan viza qüvvəsini itirir.

Tranzit vizası
Bir və ya ikidəfəlik tranzit vizası üçüncü ölkələrə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisindən keçmək məqsədilə verilir.

  • Etibarlılıq müddəti: 30 günədək

  • Ölkədə qalma müddəti: 5 günədək

Tranzit vizaları hava, su, dəmir yolu və digər nəqliyyat növləri üzrə gediş marşrutu və yol müddəti nəzərə alınmaqla verilir.

Vizanın verilmə məqsədləri

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı məqsədlərlə adi kateqoriyalı giriş vizası əldə edə bilərlər:

  • İşgüzar səfər

  • Elm və təhsil

  • Əmək fəaliyyəti

  • Turizm

  • Mədəniyyət və idman

  • Humanitar məqsədlər

  • Şəxsi səfər

  • Müalicə

NFS Audit Consulting — viza prosesinizi asanlaşdıran, vaxtınıza və rahatlığınıza dəyər verən etibarlı tərəfdaşınızdır.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651