Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Kartdan-karta ödənişlərə nəzarət artırıldı

  • 30 may 2026
  • 54
Kartdan-karta ödənişlərə nəzarət artırıldı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarları POS-terminal quraşdırılması və nağdsız ödənişlərin qəbul edilməsi ilə bağlı qanunvericiliyə ciddi şəkildə riayət etməyə çağırır. Qurum bildirir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq, POS-terminalların quraşdırılması, həmçinin “Elektron ticarət haqqında” Qanuna əsasən istehlakçıların elektron ödəniş imkanlarının təmin olunması vergi ödəyicilərinin birbaşa vəzifələrinə daxildir.

Vergi orqanları eyni zamanda POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu tələblərin yerinə yetirilməsinə nəzarət edir və nağdsız ödənişlərin qəbulundan imtina hallarını aşkar etdikdə operativ vergi nəzarəti tədbirləri həyata keçirir.

Qeyd olunub ki, dəfələrlə xəbərdarlıqlara və məlumatlandırma işlərinə baxmayaraq, bəzi sahibkarlar qanuna əməl etmirlər. Bu səbəbdən vergi nəzarəti tədbirləri gücləndirilib. Pozuntuların maliyyə sanksiyaları aşağıdakı kimidir:

  • İl ərzində ilk pozuntu: 1 000 manat

  • İkinci pozuntu: 3 000 manat

  • Üç və daha çox pozuntu: 6 000 manat

NFS Audit olaraq sahibkarlara tövsiyəmiz:

  • Nağdsız ödənişləri qanunvericiliyin tələblərinə uyğun şəkildə yalnız POS-terminal vasitəsilə qəbul edin;

  • Kartdan karta ödəniş kimi üsullardan istifadə etməyin, çünki bu, qanunsuz hesab olunur;

  • POS-terminal quraşdırılmayan obyektlərdə qanun pozuntusu halları ciddi maliyyə sanksiyaları ilə nəticələnir;

  • Vətəndaşlar alış-veriş zamanı yalnız POS-terminal vasitəsilə ödəniş tələb etsinlər, bu həm sahibkarı qoruyur, həm də şəffaflığı təmin edir.

NFS Audit olaraq vurğulayırıq ki, bu tələblərə əməl etmək həm qanuni öhdəlikdir, həm də biznesinizin etibarlılığını və müştəri məmnuniyyətini artırır. Qanuna riayət etməklə siz həm vergi sanksiyalarından yayınmış olursunuz, həm də müştərilərinizlə etibarlı və şəffaf münasibətlər qurursunuz.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651