Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Müəssisə qeydiyyatı necə aparılır?

  • 30 may 2026
  • 38
Müəssisə qeydiyyatı necə aparılır?

Normativ əsaslar:
Hüquqi şəxslərin ləğvi Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun və Dövlət Vergi Xidmətinin müvafiq qaydaları ilə tənzimlənir.

Ləğv əsasları:

  • Təsisçilərin və ya səlahiyyətli orqanın qərarı ilə;

  • Qeydiyyatın məhkəmə tərəfindən etibarsız sayılması;

  • Müflis elan edildikdə.

Ləğv prosesində tələb olunan sənədlər:

  • “Dövlət qeydiyyatından çıxarılması” ərizəsi;

  • Ləğv qərarı;

  • Ödəmə qabiliyyətini təsdiq edən bəyanat;

  • Kreditorların məlumatlandırılması sənədi;

  • Hüquqi şəxsin möhürü.

Müflis elan olunan hüquqi şəxslər üçün məhkəmə qərarı və ya kreditorların ilkin yığıncağının qərarı tələb olunur.

Ləğv prosesi:

  • Qeydiyyat orqanı sənədləri yoxlayaraq 5 gün ərzində reyestrə “ləğv prosesindədir” qeydi əlavə edir.

  • Bütün rəsmi sənədlərdə hüquqi şəxsin adı ilə birlikdə “ləğv prosesindədir” qeyd olunur.

Qeyd zamanı yoxlanılacaq hallar:

  • Filial, nümayəndəlik və digər obyektlərin uçotu;

  • Vergi borcları;

  • Aktiv bank hesabları;

  • Təqdim edilməmiş bəyannamələr.

Dövlət reyestrindən çıxarılması üçün:

  • Ləğvetmə balansı;

  • Qalıq əmlakın bölünməsi və istifadəsi barədə hesabat;

  • Qeydiyyat şəhadətnaməsi və nizamnamə;

  • Səhmlərin dövriyyədən çıxarılması barədə arayış (səhmdar cəmiyyətlər üçün);

  • Arxiv sənədlərinin təhvil verilməsi barədə arayış.

Qanunvericiliyə uyğun sənədlər təqdim olunduqda, qeydiyyat orqanı 7 gün ərzində hüquqi şəxsi reyestrdən çıxarır.

NFS Audit – hüquqi şəxslərin ləğvini sürətli, dəqiq və etibarlı şəkildə həyata keçirir.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651