Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Mühasib getdi – çətinliklər qaldı

  • 30 may 2026
  • 61
Mühasib getdi – çətinliklər qaldı

Azərbaycanda bir çox şirkət bir nəfər mühasiblə işləyir. Həmin adam təkbaşına vergi, əmək haqqı, hesabat, DSMF, statistika, kassa – hər şeyə cavabdehdir.
Və rəhbərlik düşünür:

“İşlər sakitcə gedir, deməli hər şey yaxşıdır.”

Amma bu sakitlik çox vaxt fırtınaöncəsi səssizlikdir..

Tək Mühasiblə İşləməyin Təhlükəli Tərəfləri

Tək bir mühasibə çox böyük məsuliyyət yükü verildikdə, bir sıra risklər qaçılmaz olur:

  • Yanlış və ya Gecikmiş Hesabatlar: Bir rəqəm səhv yazıldı və ya sənəd vaxtında təqdim olunmadı, nəticə: cərimələr, faizlər, yoxlamalar.

  • Frilans Mühasib Riski: Bəzi şirkətlər rəsmi müqaviləsi olmayan mühasiblə işləyirlər. Bu mühasib bir gün "Vaxtım yoxdur" deyə bilər və ya ümumiyyətlə getmək qərarına gələrək ortadan itə bilər.

  • İkinci Gözün Olmaması: Heç kəs mühasibin hesabatını yoxlamır, səhvlər əvvəlcədən tutulmur. Daxili nəzarət sıfıra enir.

  • Məlumat Itməsi: Mühasib işdən çıxanda, şifrələr, fayllar və sistemə giriş hüquqları da onunla birgə yox olur. Və şirkət ortada qalır.

Bir səhv bəzən illərlə qazanılan imici, müştəri əlaqələrini və maliyyə vəziyyətini təhdid edə bilər.

Çıxış Yolu Nədir?

İnkişaf etmiş ölkələrdə tək mühasiblə işləmək adət deyil. Burada mühasiblərin yanında konsaltinq dəstəyi mövcuddur. Bu dəstək:

  • Mühasibi əvəz etmir — sadəcə onun arxasında dayanan ikinci dayaqdır.

  • Rəhbərliyə aylıq/rüblük risk hesabatı təqdim edir.

  • Hesabatları ikincil dəfə yoxlayır, səhvləri erkən aşkar edir.

  • Sistem və sənədləri aydın şəkildə qurur.

Bu nəzarət sadəcə təhlükəsizlik zəmanətidir, yoxsa sadə yoxlama prosesi deyil.

NFS Audit Consulting olaraq, biz mühasibinizin arxasında dururuq, maliyyə təhlükəsizliyinizin təmin edilməsi üçün peşəkar dəstək veririk və risklərinizi minimuma endiririk.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651