Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

“SİMA İmza” – Yeni nəsil rəqəmsal imza

  • 30 may 2026
  • 155
“SİMA İmza” – Yeni nəsil rəqəmsal imza

“SİMA İmza” – bulud texnologiyası, açıq açar infrastrukturu (PKI) və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil, gücləndirilmiş rəqəmsal imza həllidir. Mobil tətbiq üzərindən fəaliyyət göstərən “SİMA İmza” istifadəçilərə əlavə fiziki qurğulara, SIM-karta və ya tokenə ehtiyac olmadan istənilən məkandan və istənilən vaxt elektron xidmətlərə təhlükəsiz şəkildə çıxış imkanı yaradır.

“SİMA İmza” Azərbaycan Respublikasının vətəndaşları, fərdi sahibkarlar və ölkə ərazisində qanuni əsaslarla yaşayan əcnəbilər üçün nəzərdə tutulub və dövlət tərəfindən tanınan hüquqi qüvvəyə malikdir. Rəqəmsal imza bir dəfə mobil tətbiqdə qeydiyyatdan keçməklə aktivləşdirilir və sonradan bütün elektron əməliyyatlarda rahat şəkildə istifadə olunur.

Bu innovativ həll həm vətəndaşlar, həm də xidmət təqdim edən qurumlar üçün çoxsaylı üstünlüklər yaradır. “SİMA İmza” sayəsində kağız daşıyıcıların istifadəsi aradan qalxır, sənədləşmə prosesləri sürətlənir, maliyyə xərcləri azalır və vaxt itkisi minimuma endirilir. Xüsusilə biznes subyektləri üçün müqavilələrin, razılaşmaların və digər hüquqi sənədlərin məsafədən imzalanması prosesləri daha çevik və effektiv olur.

“SİMA İmza”nın tərəfdaş qurumlar üçün əsas üstünlüklərindən biri istənilən informasiya sisteminə asan inteqrasiya imkanının mövcudluğudur. API və texniki inteqrasiya həlləri sayəsində banklar, sığorta şirkətləri, kredit təşkilatları və digər xidmət təminatçıları öz sistemlərində “SİMA İmza”nı rahatlıqla tətbiq edə bilirlər. Avtomatlaşdırılmış proseslər isə istifadəçilərə sürətli, təhlükəsiz və limitsiz sayda imzalama imkanı qazandırır.

Vətəndaşlar üçün “SİMA İmza”nın tamamilə pulsuz olması xüsusi üstünlükdür. İmzanı əldə etmək üçün heç bir quruma müraciət etməyə ehtiyac yoxdur – cəmi 1 dəqiqə ərzində mobil tətbiq vasitəsilə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat zamanı yalnız şəxsiyyət vəsiqəsi tələb olunur ki, bu da həm istifadəçilərin, həm də tərəfdaş qurumların iş yükünü əhəmiyyətli dərəcədə azaldır, vaxta və xərclərə qənaət edilməsinə şərait yaradır.

“SİMA İmza”nın maliyyə və hüquqi əməliyyatlarda təqdim etdiyi ən mühüm üstünlüklərdən biri yüksək təhlükəsizlik və etibarlılıq səviyyəsidir. Hüquqi baxımdan əl imzasına tam bərabər tutulan bu rəqəmsal imza üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin imzasından digər şəxsin istifadə etməsi mümkün deyil. Bu isə saxtakarlıq risklərini minimuma endirir və əməliyyatların şəffaflığını təmin edir.

Rəqəmsal xidmətlərə çıxışı asanlaşdıran “SİMA İmza” ölkəmizdə rəqəmsal transformasiyanı və biznes proseslərinin sürətlənməsini dəstəkləyən mühüm alətlərdən biridir. Bu texnologiya bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, GSM operatorları, eləcə də dövlət və özəl qurumların elektron xidmətlərindən istifadə zamanı geniş şəkildə tətbiq olunur və müasir rəqəmsal ekosistemin formalaşmasına töhfə verir.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651