Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Şirkət İdarəetmə və Strukturlaşdırma

  • 30 may 2026
  • 35
Şirkət İdarəetmə və Strukturlaşdırma

Şirkətdə aparılacaq əməliyyatların səmərəli və keyfiyyətli icrası üçün təşkilati struktur mühüm rol oynayır. Struktur vasitəsilə departamentlər, şöbələr və bölmələr yaradılır və əməliyyatlar üzrə təsnifatlandırma təmin edilir.

Təşkilati strukturun hazırlanması
Təşkilati struktur yaradılmadan öncə mütləq olaraq şirkətin struktur üzrə əsasnaməsi hazırlanmalıdır. Əsasnamə strukturun formasını, növünü, hüquq və vəzifələri, öhdəlikləri və digər elementləri müəyyən edən hüquqi sənəddir. Hazırlanmış əsasnamə şirkətin qanuni təmsilçisi (direktor) tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə minir. Əsasnaməyə əsasən, direktorun əmri ilə ƏMAS-da (Əmək və Məşğulluq Altsistemi) təşkilati strukturun yaradılması əməliyyatı icra edilir.

Şirkətin təşkilati strukturunun yaradılması, dəyişdirilməsi və ləğv edilməsi yalnız qanuni təmsilçinin əmri ilə hüquqi qüvvəyə malik olur.

Strukturun əsas elementləri
Təşkilati struktur əsas strukturdan, alt strukturlardan — departament, şöbə və bölmələrdən ibarət ola bilər. Hər bir struktur vahidi üzrə yaradılan sistem aşağıdakıları təmin edir:

  • Geri bildirimlərin vaxtında alınması

  • İşin gedişatının izlənməsi

  • Qərarvermə prosesinin operativliyi

  • İşçilərin motivasiyası

  • Təlimatlandırma ehtiyaclarının müəyyənləşdirilməsi

  • Performansın idarə olunması

  • Yaranacaq problemlərə operativ həll tapılması

  • Daxili nəzarətin gücləndirilməsi

Ştat vahidlərinin rolu
Yaradılan struktur üzrə ştat vahidləri əməkdaşlar arasında:

  • Əməliyyatlar üzrə düzgün iş bölgüsünü təmin edir

  • Kəmiyyət və keyfiyyətin ölçülməsini mümkün edir

  • Səmərəliliyi artırır

  • İş yükünü normada saxlayır

  • İşçilərin vəzifə məsuliyyətini daha yaxşı anlamasına kömək edir

Təşkilati struktur və şirkət mədəniyyəti
Şirkətin təşkilati strukturunun mövcudluğu şirkət mədəniyyətinin formalaşmasında əsaslı rol oynayır və əməkdaşların davranışlarına əhəmiyyətli təsir göstərir. Struktur və mədəniyyətə malik şirkət mənəvi ağırlığa malik olur, bu da işçilərə, biznes partnyorlarına və rəqiblərə şirkətin düzgün təqdim olunmasını təmin edir.

Nəticədə, struktur və mədəniyyət olan şirkətdə hər bir əməkdaş öz vəzifə məsuliyyətini yaxşı bilir, layiqincə və həvəsli icra edir. Bu isə şirkətdə performansın yüksəlməsinə, əməkdaşlarla şirkət arasında mənəvi dəyərlərin artmasına və ümumi iş mədəniyyətinin güclənməsinə səbəb olur.

NFS Audit Consulting olaraq biz təşkilati strukturun yaradılması və idarə olunması sahəsində peşəkar dəstək təqdim edir, şirkətinizin əməliyyatlarını səmərəli və qanuni şəkildə qurmağa kömək edirik.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651