Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Xarici şirkətlərlə işləyən Azərbaycan sahibkarları! Əgər DTA formalarını vaxtında təqdim etmirsinizsə, artıq maliyyə itkiləri ilə üzləşə bilərsiniz.

  • 30 may 2026
  • 48
Xarici şirkətlərlə işləyən Azərbaycan sahibkarları! Əgər DTA formalarını vaxtında təqdim etmirsinizsə, artıq maliyyə itkiləri ilə üzləşə bilərsiniz.

Bu gün Azərbaycanda logistika, İT, istehsalat və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin çoxu xarici partnyorlarla əməkdaşlıq edir. Lakin vergi güzəştlərindən düzgün istifadə edilmir – əsas səbəb DTA (Double Taxation Avoidance) formalarının vaxtında təqdim olunmamasıdır.

DTA Forması Nədir?
DTA – iki ölkə arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısını alan beynəlxalq vergi sazişidir. Hazırda Azərbaycan 50-dən çox ölkə ilə belə sazişə malikdir.

DTA formaları düzgün təqdim olunarsa:

  • Xarici ödənişlər üzrə vergi sıfır və ya minimal olur

  • Vergi riskləri azalır

  • Şirkətinizin etibarı qorunur

DTA Forması Təqdim Olunmazsa Nələr Baş Verir?

  • Dövlət büdcəsinə 10% vergi tutulur, sazişlə bu 0 olmalıydı

  • Xarici tərəfdaş 10–15% vergi tutur, rezidentlik sertifikatı olmadığı üçün

  • Vergi yoxlaması və cərimə riski artır

  • Etibarsız tərəfdaş imici yaranır

Vaxtında Təqdim Olunmayan Formaları Geri Qaytarmaq Mümkündür
Əgər DTA-03 təqdim olunmayıbsa və vergi ödənibsə, 3 il ərzində geri qaytarıla bilər. Bunun üçün:

  • DTA-05 forması təqdim edilir

  • Xarici tərəfin rezidentlik sertifikatı təqdim olunur

  • Müqavilə, ödəniş sənədləri və digər sübutlar hazırlanır

Ən Çox İstifadə Olunan DTA Forması Növləri

Forma Təyinat
DTA-01 Xaricdən gəlir aldıqda vergi tutulmasın deyə
DTA-02 Xaricdə tutulmuş vergini Azərbaycanda çıxmaq üçün
DTA-03 Xarici şirkətə ödəniş edərkən vergi tutulmasın deyə
DTA-05 Əvvəl səhvən ödənmiş vergini geri almaq üçün
DTA-06 Formanın rəsmi məktubu ilə təqdimatı üçün

Real Nümunələr

  • Logistika Şirkəti “BakuCargo” – Rumıniyada tərəfdaşla ödəniş zamanı DTA-03 təqdim olunmayıb, 100,000 AZN-dən 10,000 AZN vergi tutulub. İki il sonra şirkət bu səhvi aşkarlayıb, DTA-03 və DTA-05 təqdim edərək pul geri qaytarılıb.

  • İT Lisenziyası – Almaniyadan onlayn proqram alışı zamanı DTA-03 təqdim edilməsə, 30,000 AZN ödənişdən 3,000 AZN vergi tutulur. Təqdim olunduqda vergi 0% olur.

Unutmayın: DTA formasız işləmək – qazancdan imtinadır!

  • Dövlət artıq vergi alır

  • Xarici tərəfdaş sizi qeyri-peşəkar hesab edir

  • Vergi orqanı sizin yerinizə qərar verir

Sizin pullarınız sizin haqqınızdır – onları geri alın!

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651